Koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.

AMVPRESS.AZ xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.
Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.

Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.
 
AMVPRESS.AZ

Xəbər lenti