Ölkəyə siqaretin gətirilməsi 4 dəfə azalıb

Ölkəyə siqaretin gətirilməsi 4 dəfə azalıb
 
Azərbaycana cari ilin 7 ayında 598,1 milyon ədəd siqaret gətirilib.
AMVPRESS.AZ Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinə məlumatına görə, idxal olunan siqaretlərin dəyəri isə 12 milyon 73 min dollar məbləğində olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalması deməkdir. Ötən ilin müvafiq dövründə ölkəyə idxal olunan siqaretlərin dəyəri 47 milyon 178 min dollar təşkil edib.
Bu ilin 7 ayında Azərbaycana 598,1 milyon ədəd siqaret idxal edilib. 2019-cu ilin 7 ayında isə idxal edilən siqaret 2900,8 milyon ədəd olub. Belə ki, illik müqayisədə idxal edilən siqaretin miqdarı 5 dəfəyə yaxın azalıb.
 
AMVPRESS.AZ

Xəbər lenti