Milli Məclisin sədri: "Nə edək, POS-terminallar işləmir?"

Milli Məclisin sədri:
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

AMVPRESS.AZ xəbər verir ki, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: "Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
 
AMVPRESS.AZ

Xəbər lenti