Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu - Millət vəkili Sədaqət Vəliyeva

14 Yanvar 2021, 14:02
14 Yanvar
2021
14:02
7591
Yanvar ayının 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin və zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu.
Azərbaycan Prezidenti qalib Ordunun və dövlətin Ali Baş Komandanı kimi görüşdə iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu. Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yadda qaldı.
Moskva görüşünün nəticələri fonunda Azərbaycanın qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki "beşinci kolon”un təmsilçiləri olan AXCP, antimilli şura və başqalarının da fiaskosu müşahidə edildi. Belə ki, ilk olaraq 10 noyabr tarixində Ermənistanın kapitulyasiyası haqqında sənədi ictimai qaydada imzalamağa cürəti çatmayan Paşinyan bu dəfə reallıqdan qaça bilmədi.
İkincisi, Moskva bəyanatında dəfələrlə qeyd edilir ki, bundan sonra da atılacaq addımlar məhz 10 noyabr bəyanatına əsaslanır. Yəni, Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək.
Üçüncüsü, 10 noyabr bəyanatında olduğu kimi Moskva bəyanatında da Ermənistanın heç bir tələbi nəzərə alınmadı, hətta ermənilərin, AXCP və antimilli şuranın tez-tez səsləndirdikləri "status” məsələsi də öz əksini tapmadı, ümumiyyətlə o barədə danışılmadı. Bu səbəbdən də, Paşinyan acizanə şəkildə mətbuat konfransında bu barədə sərsəmləsədə,ona reaksiya verilmədi. Belə təxmin edilir ki, Paşinyanın bu barədə fikirləri sadəcə Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmışdı.
Dördüncüsü, Moskva bəyanatının imzalanması Prezident İlham Əliyevin 10 noyabr bəyanatından sonra dəfələrlə səsləndirdiyi təkliflərinin nəzərə alınması, hətta reallaşdırılması oldu. Bu da əlbəttə ki, regional inkişaf və təhlükəsizlik üçün nəqliyyat və kommunikasiya infrastrukturunun qurulmasıdır. Heç şübhə yoxdur ki, bundan sonra region dövlətlərinin hər biri nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək.
Beşincisi, Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Altıncısı, Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq. Yəni, ermənilərin də, AXCP, antimilli şura kimi marginal qrupların da hər hansısa "anklav qeybətləri”nə şərait yaradılmadı.
Yeddincisi, Moskva görüşünün nəticəsi olaraq hər kəs Prezident İlham Əliyevin qətiyyətini, dövlətin və xalqın milli maraqlarına sadiqliyini gördü. Məhz, Paşinyanın mətbuat konfransında "əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bilmədik” etirafı bir daha Azərabaycanın diplomatik uğurunu və gücünü sübut etdi. Çünki Prezident İlham Əliyev dəfələrlə sual edib ki, müharibə noyabr ayının 10-da qurtarıbsa, Bəyanat imzalanıbsa, o zaman noyabrın 26-dan sonra bir qrup erməni diversantını Ermənistanın Şirak vilayətindən Xocavənd rayonuna kim göndərmişdi? Ya Ermənistan rəhbərliyi hələ də "dəmir yumruq”dan doymayıb, ya da sadəcə olaraq silahlı qruplaşmalara nəzarət edə bilmir. Ona görə də, əsir götürülmüş 60-dan artıq erməni terrorçusu hüquqi qaydada cəzalandırılacaqlar. Bununla da bir daha hər kəs bu məsələdə də Prezident İlham Əliyevin qətiyyətini görmüş oldu.
Beləliklə də, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldısa, Ermənistan üçün yeni fiasko etapı oldu. Paşinyan Ermənistanın daxili auditoriyasına hesablanmış iki məsələnin qaldırılmasına nail olmağa çalışsa da, cəhdləri iflasa uğradı. Bunlardan birincisi, status məsələsi, ikincisi əsir götürülmüş erməni terrorçularının geri qaytarılması idi. Bundan sonra Ermənistan təxribata əl atmaq əvəzinə sülhün qorunmasına çalışmalıdır. Ermənistan 10 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməməlidir. Gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapmalıdır.
AMVPRESS.AZ
Xəbər lenti
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO19 Yanvar 202119:18İsmayıllıda vaksinasiyaya start verildi19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO18 Yanvar 202121:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır20:38Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı
Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
İctimai, Maraqlı, Foto
Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
İctimai, Maraqlı
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda vaksinasiyaya start verildi
-
İctimai, Maraqlı
Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək
-
İctimai, Maraqlı
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
-
İctimai, Maraqlı
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
-
İctimai, Maraqlı
Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
-
İctimai, Maraqlı
"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" (MÜSAHİBƏ)