Müəllimin son arzusu hər kəsi heyran etdi

Müəllimin son arzusu hər kəsi heyran etdi

ABŞ-dan olan Temmi Uiddell adlı müəllimin son arzusu sosial şəbəkə istifadəçilərini heyran edib.


AMVPRESS.AZ xəbər verir ki, son istəyi olaraq qadın yas mərasiminə gül dəstələri deyil, aztəminatlı ailələr üçün məktəb ləvazimatları ilə dolu çanta gətirilməsini xahiş edib.

 

Bu haqda onun qardaşı Bred Conson "Twitter” hesabında yazıb.

 

Conson qeyd edib ki, vida mərasiminə yüzə yaxın müəllim məktəbli çantaları ilə gəlib.

 


Elşən N.


AMVPRESS.AZ


Xəbər lenti