Nazirlik: Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqəsiz qəbuluna imkan yaradır

Nazirlik: Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqəsiz qəbuluna imkan yaradır

"Təhsil haqqında" qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır".

AMVPRESS.AZ-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

O qeyd edib ki, kolleci bitirənlər ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir: "Qanun orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".



Elşən N.

AMVPRESS.AZ


Xəbər lenti