Neft Fondunun I rübdəki gəlirləri AÇIQLANDI

Neft Fondunun I rübdəki gəlirləri AÇIQLANDI
Bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 2,243 mlrd. dollar daxil olub.

Bu məbləğin 91 mln. dolları "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il aprelin 1-dək AÇG layihəsindən Fonda 140,450 mlrd. dolları daxil olub.


AMVPRESS.AZ


Xəbər lenti