Nərimanov rayonunda "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin yarımfinal mərhələsi keçirilib

Nərimanov rayonunda
31 oktyabr 2019-cu il tarixdə "Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin yarımfinal mərhələsi keçirilib.
AMVPRESS.AZ xəbər verir ki, yarımfinal mərhələsində "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Bakı Avrasiya" Universitetinin Rektorluğunun mütəxəssisi Kamil Məhəmmədli, İctimai Birliyin baş katibi, layihənin təlimçisi Röya Rzayeva, münsiflər heyəti və 60 nəfər fəal gənc iştirak etmişlər. İlk öncə qonaqları "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcılıq potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumilikdə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etməkdir. P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi uşaq, yeniyetmə və gənclərin mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını salamladı və qeyd etdi ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar. Çıxışının sonunda V.Ömərov bütün iştirakçılara uğurlar arzuladı. Çıxışlardan sonra layihənin yarımfinal mərhələsinə start verildi. Layihədə 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər iştirak edirlər. Yarımfinal mərhələsində 27 nəfər gənc rəqqas finala çıxmaq üçün mübarizə apardı. Qeyd edək ki, layihə müddətində artıq 3 seçim turu və yarımfinal mərhələsi keçirilib, 05 noyabr 2019-cu il tarixdə isə nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.
AMVPRESS.AZ

Xəbər lenti