Novruz bayramında - BİR HƏFTƏ İŞ OLMAYACAQ

Novruz bayramında - BİR HƏFTƏ İŞ OLMAYACAQ

Martın 9-u da qeyri-iş günü olacaq

AMVPRESS.AZ xəbər verir ki, bu il Novruz bayramında bir həftə iş olmayacaq.

Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Eyni zamanda, 8 mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

AMVPRESS.AZ

Xəbər lenti