"Ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır" - Asim Mollazadə

 
"Ölkəmizdə daha ciddi problemlər var"
AMVPRESS.AZ xəbər verir ki, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, konstitusiyaya dəyişikliyi barədə  müzakirənin zamanı deyil. Deputatın sözlərinə görə, Azərbaycana indiki halda əsas təhlükə Ermənistan və böyük ölkələr tərəfindən var. A.Mollazadə hesab edir ki, digər tərəfdən, pandemiya ciddi problemlər yaradıb, iqtisadi vəziyyətə təsir edib və ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır: "Görünür, kimlərsə darıxır və gündəmə belə mövzular gətirirlər. Düşünmürəm ki, yaxın müddətdə referendum olacaq. Təbii ki, sadaladığınız icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi təkliflər müzakirə oluna bilər. Amma bizim üçün hazırda daha ciddi problem var. Bu da Ermənistanın ehtimal olunan yeni təcavüzü və arxasındakı  qüvvələrdir. İstisna etmirəm ki, yeni müharibə başlaya bilər. Üstəlik, pandemiya şəraitində nə referendum ola bilər?".

AMVPRESS.AZ

Xəbər lenti