"Philip Morris" şirkəti: Dünya 15 il sonra siqaretlərdən imtina edəcək

Siqaret çəkmə dövrü tezliklə başa çatacaq. Dövlətlərin düzgün stimullaşdırılması və vətəndaş cəmiyyəti tərəfindən dəstək olduğu təqdirdə dünya yaxın 10-15 ildə siqaretə "yox" deyəcək.

AMVPRESS.AZ xəbər verir ki, bu barədə "Philip Morris"” şirkətinin məlumatında bildirilir. Məlumata görə, belə bir proqnozu şirkətin baş direktoru Andre Kalantsopulos verib.

Kalantsopulosun sözlərinə görə, siqaretlər tüstünün nəfəs almasına ehtiyac olduğu üçün nikotin istehlakının ən zərərli yoludur. Bu baxımdan şirkət siqaret əvəzedicilərinin istehsalına diqqət yetirmək niyyətindədir.

O, qeyd edib ki, artıq 11,2 milyon nəfərdən çox insan tüstü tənəffüsünü nəzərdə tutmayan alternativ məhsullara keçib.
 
AMVPRESS.AZ

Xəbər lenti