Prezident 7 milyon pul ayırdı - SƏRƏNCAM

Prezident 7 milyon pul ayırdı - SƏRƏNCAM
Mingəçevirin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına 7 milyon manat ayrılıb.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AMVPRESS.AZ-ın xəbərinə görə, sərəncama əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 7 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


AMVPRESS.AZ


Xəbər lenti