Rövşən Nəcəfov “SELECTED PEOPLE” Mükafatına layiq görülüb (FOTOLAR)

Rövşən Nəcəfov “SELECTED PEOPLE” Mükafatına layiq görülüb (FOTOLAR)
AMVPRESS.AZ xəbər verir ki, "A Media Group” tərəfindən keçirilən "SELECTED PEOPLE" Mükafatı mərasim gecəsi keçirilib.

Mükafatlandırma gecəsində il ərzində seçilən müğənnilərə, aktrisalara, jurnalistlərə, TV-lərə, modellərə, modelyerlərə, stilistlərə, vizajistlərə, iş adamlarına və müxtəlif peşə fəaliyyəti sahiblərinə "SELECTED PEOPLE" Mükafatı təqdim olundu.

Rövşən Nəcəfov "SELECTED PEOPLE” Mükafatına "İctimai Xadim” olaraq layiq görülüb.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

AMVPRESS.AZ

Xəbər lenti