Rövşən Nəcəfov “Trend of the Year” 2018 Mükafatına layiq görülüb

Rövşən Nəcəfov “Trend of the Year” 2018 Mükafatına layiq görülüb
AMVPRESS.AZ xəbər verir ki, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil olunan"Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib.

Rövşən Nəcəfov "Trend of the Year” 2018 Mükafatına "Public Figure” olaraq layiq görülüb.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.

"Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib. Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.

AMVPRESS.AZ

Xəbər lenti