Səbuhi Abbasov: “Bu görüş Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın isə növbəti kapitulyasiyası ilə nəticələndi”

12 Yanvar 2021, 15:14
12 Yanvar
2021
15:14
10305
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Tarixi hadisəyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, QHT sədri Səbuhi Abbasov görüşü diplomatiyamızın növbəti qələbəsi kimi dəyərləndirdi: "44 günlük Vətən müharibəsindən, şanlı qələbəmizdən sonra bütün dünya Azərbaycan ordusunun qüdrətini gördü. Sevindirici hal ondan ibarətdir ki, bu uğurlar diplomatiya meydanında da davam edir. Ermənistan siyasi elitası darmadağın olub, ölkədə ciddi araxiya, itaətsizlik hökm sürür. Paşinyan özü belə görüşə zorla gələ bildi, xalq onu hava limanında qarşısını kəsmişdi. Ümumilikdə, görüşdəki diplomatik jestlər də qalibi məğlubdan açıq-aydın sezməyə imkan verirdi. Ermənistan mini kapitulyasiyaya aktına imza atdı, eyni zamanda, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə razılaşmasında yubanan öhdəliklərlə bağlı ciddi xəbərdarlıqlar aldı. Güman edirəm ki, Paşinyan görüşə saysız-hesabsız absurd təkliflərlə gəlmişdi. Ancaq bu təkliflərin heç biri nəzərə alınmadı, alınmayacaq da. İndiki situasiyada yalnız 1 diqtə edən tərəf var, o da Azərbaycan, vəssalam. Ermənistan baş naziri statusdan danışmağa cəhd etdi, ancaq bu cəhd olaraq qaldı. Yeni, 4 bəndli razılaşmada heç bir statusdan söhbət getmir. Ümumiyyətlə, status yoxdur, Prezident İlham Əliyev açıq və net şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur, gələcəyə baxmaq lazımdır. Yəni, ağlınızı başınıza top edin, dəmir yumruğu işə salmayın, əks halda nəticəsi dəhşətli olacaqdır. Düşünürəm ki, Ermənistanda ağlı başında olan istənilən kəs reallığı dərk və qəbul edir. Reallıq isə hər kəsə gün kimi aydındır, Qarabağ Azərbaycandır və nida! Yeni bəyanata gəldikdə isə, mətndən də aydın görünür ki, bu bəynatda Azərbaycan xalqının iradəsindən kənar heçbir bənd yoxdur. Söhbət mehriban qonşuluq siyasətinin gücləndirilməsidən, nəqliyyat dəhlizlərinin bərpasının surətləndirilməsindən və öhdəliklərə ciddi yanaşmadan gedir. Bəli, son iki ayda erməni diversantları tərəfindən təxribatlar törədildi, ancaq onların böyük əksəriyyəti bu gün həbs ediliblər, bir çox erməni terrorçuları Azərbaycan qanunları ilə mühakimə olunacaqlar”.
AMVPRESS.AZ
Xəbər lenti
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO19 Yanvar 202119:18İsmayıllıda vaksinasiyaya start verildi19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO18 Yanvar 202121:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı
Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
İctimai, Maraqlı, Foto
Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
İctimai, Maraqlı
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda vaksinasiyaya start verildi
-
İctimai, Maraqlı
Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək
-
İctimai, Maraqlı
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
-
İctimai, Maraqlı
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
-
İctimai, Maraqlı
Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
-
İctimai, Maraqlı
"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" (MÜSAHİBƏ)