Sinqapur təhsilini dünya lideri edən möcüzəvi addımlar…

Sinqapur təhsilini dünya lideri edən möcüzəvi addımlar…

 

Sinqapur  ən yaxşı təhsil sisteminə malik olan ölkələrdən biridir. Əhalinin 95,4%-i təhsillidir. Sinqapur büdcəsini araşdırdıqda büdcənin təxminən 20%-i təhsil xərclərinə ayrılır. Orta məktəblərlə bağlı uğurlu fəaliyyət Sinqapurun təhsil sistemində üçüncü yeri tutmasında əsas rol oynayır.

Sinqapurda əsasən, şagirdlərin riyazi təfəkkürün inkişafına çalışırlar. Oradakı məktəblərdə çox böyük intizam, eyni zamanda, zəhmət tələb edən sərt təhsil hökm sürür.

Sinqapurda şagirdlərə ev tapşırıqları verilərkən, kəmiyyətə deyil, keyfiyyətə önəm verilir və onların sayəsində,  şagirdləri araşdırmaya, tədqiqata sövq edən və qazanılmış bilikləri tətbiq edirlər.

Hər bir şagirdin Sinqapurda ən azı 10 il təhsil almaq imkanı var: 6 illik ibtidai  təhsil; 4 illik orta təhsil.

Şagirdlər  ibtidai  və orta təhsilin sonunda  imtahan verməlidirlər. Orta təhsildən sonra şagirdlərin  öz seçimlərinə uyğun  şəkildə  davam etdirmək imkanları var.

Bəzi valideynlər övladlarını məktəbdən  sonra özəl təhsil almasını istəyir, çünki onlar qorxur ki, övladları sinifdə  digərlərindən  geri qalar.

Sinqapur PİSA testlərində inanılmaz dərəcədə yüksək mövqeyə sahibdir. Bu testlər müxtəlif ölkələrdə məktəblilərin göstəricilərini müqayisə edir.

Ölkədə 6 müasir standartlara cavab verən universitet fəaliyyət göstərir: Nanyan Texnologiya Universiteti, Sinqapur Milli Universiteti, SIM Universiteti, Sinqapur Menecment Universiteti və Sinqapur Texnologiya və Dizayn Universiteti, Sinqapur Texnologiya İnstitutu.

Sinqapurun ən məşhur universiteti, ölkədə yaranmış ilk ali təhsil müəssisəsi olan Sinqapur Milli Universiteti dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb.Sinqapur Milli Universiteti hazırda Sinqapur hökuməti tərəfindən yüksək maliyyə yardımı alır. Universitetin əməliyyat və infrastruktur xərcləri dövlət tərəfindən ödənilir, toplanan yardımlar isə tələbələrin təhsilinin yüksəldilməsinə sərf olunur.

Xəbər lenti