Tarixi qələbəmizin dərsliklərdə əks etdirilməsilə bağlı Fəaliyyət Planı təsdiqləndi

20 Noyabr 2020, 17:45
20 Noyabr
2020
17:45
1963
Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planı təsdiq edilib.
Nazirlikdən AMVPRESS.AZ-a verilən məlumata görə, Fəaliyyət Planının təsdiq edilməsində məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir.
Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunur.
Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır.
Həmçinin, "Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır.
Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, "Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur.
Xatırladaq ki, görüləcək işlər çərçivəsində noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Şuşa dərsi” təşkil ediləcək.
AMVPRESS.AZ

Xəbər lenti
-
18:32İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
12:06Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
12:04Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
11:19Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
11:09"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
10:55“WhatsApp” 30 milyon abunəçisini itirdi
-
10:53Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
10:4320 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər – FOTO/VİDEO
-
10:39Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı
-
16:24Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
16:23Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
16:18İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
16:16İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
16:09Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
15:52Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
26 Yanvar 2021
25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Təhsil, Maraqlı
"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
İctimai, Təhsil, Manşet
Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
İctimai, Təhsil, Maraqlı, Bələdçi, Manşet
Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
İctimai, Təhsil, Manşet
Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
İctimai, Təhsil, Manşet
Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
İctimai, Təhsil, Maraqlı
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
İctimai, Təhsil, Manşet
Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA
-
İctimai, Təhsil, Manşet
Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
-
İctimai, Təhsil, Maraqlı, Foto
“İnsanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu” – Sosial sahibkar Fidan Nizamova (MÜSAHİBƏ - FOTOLAR)