Trumpın açıqlaması Çini sarsıtdı - İNDEKSLƏR DÜŞÜR

Trumpın açıqlaması Çini sarsıtdı - İNDEKSLƏR DÜŞÜR
ABŞ prezidenti Donald Trumpun ticarət danışıqlarına dair narahatlıq verən ifadələrindən sonra Çin səhmləri kəskin formada azalıb. Yuan dəyəri itib və istiqrazlar yüksəlib.

AMVPRESS.AZ xəbər verir ki, Aprelin 30-dan etibarən ilk dəfə satılan CSI 300 indeksi, 6,08 də azalaraq  2016 - ci ilin fevral ayından etibarən ən yüksək  azalmasına yönəlib.  Yuan, 3 ildən bəri ən kəskin ucuzlaşmanı qeyd edib.  Chinext indeksi  7.14 ilə üç ildə ən kəskin azalması baş verib.

Tramp, "Twitter" üzərindən verdiyi açıqlamada ticarət danışıqlarının ləng getdiyinə işarə edərək 200 milyard dollarlıq Çin idxalına tətbiq olunan 10%-lik verginin Cümə günü 25%-ə qaldırılacağını bildirib.

Məsələyə yaxın mənbələr, Trumpun açıqlamasından  sonra, Çinin yüksək rəsmilərinin  bu həftə Vaşinqtona planlaşdırılan səfəri təxirə salmağı planlaşdırırlar. Çində 10 illik müddətli xəzinə istiqrazları 5 bazara geri düşərək  3,346 faiz oldu.

Çin xaricində əməliyyat olunan Yuan Dollar qarşısında 1.3 faiz azalma ilə 6.8218 ilə 10 Yanvardan bəri ən aşağı səviyyəsindən əməliyyat olunmasından sonra 0.88 minusda 6.7950-dən alıcı tapıb.

Analitiklər bildirirlər ki, Çin - ABŞ ticarət danışqıarının nəticəsiz qalacağı gözləntisi ilə, riskli aktivlər təzyiq altında qalacaqdır.

AMVPRESS.AZ
 

Xəbər lenti