UNEC-də 7 fənn üzrə yeni ixtisaslar - TƏDRİS OLUNACAQ

UNEC-də 7 fənn üzrə yeni ixtisaslar - TƏDRİS OLUNACAQ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi şurasının növbəti iclası keçirilib.

UNEC-dən AMVPRESS.AZ-a bildirilib ki, iclasda 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və cari məsələlər müzakirə olunub.

Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. Prorektor bildirib ki, universitetdə sessiyanın keçirilmə müddəti dekabrın 28-dən yanvarın 31-dək müəyyən edilib. Əvvəlki semestrdən qalan akademk borclara görə təkrar imtahanlar sessiya ərzində, cari semestrdə yaranmış akademik borcların təkrar imtahanı isə fevralın 3-7-də təşkil ediləcək. İmtahanlar həm yazılı, həm də test üsulu ilə keçiriləcək.

Anar Rzayev UNEC-in Zaqatala filialında və universitetin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində də imtahan sessiyasına hazırlıqların başa çatdığını qeyd edib.

İclasda növbəti tədris ilində 7 fənn üzrə tədrisin nəzərdə tutulması da müzakirə mövzusu olub. Rektor Ədalət Muradov bildirib ki, buna dair təlim proqramı hazırlanmalı və həmin yeni texniki və texnoloji ixtisasları tədris edəcək müəllimlər gələn il yanvarın 10-dan təlimlərə cəlb olunmalıdır.

AMVPRESS.AZ

Xəbər lenti