Vergilər Nazirliyindən işə qəbulla bağlı namizədlərə - FƏRQLİ YANAŞMA

Vergilər Nazirliyindən işə qəbulla bağlı namizədlərə - FƏRQLİ YANAŞMA

SABAH qrupu məzunlarının dövlət vergi orqanlarına işə qəbulu üzrə e-qeydiyyat 20 iyun 2018-ci il tarixdə başa çatır.  

AMVPRESS.AZ
xəbər verir ki, 3 aprel 2018-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” çərçivəsində 2017-2018-ci tədris ilində məzun olacaq SABAH qrupu tələbələri üçün dövlət vergi orqanlarına "sürətli” işə qəbul üzrə müsabiqə davam edir.

Müsabiqədə qeydiyyatın son tarixi 20 iyun 2018-ci il (saat 23:59) müəyyən edilmişdir.

Müsabiqədə iştirak etmək istəyən SABAH məzunları https://login.e-taxes.gov.az/tqdk/ keçidinə (keçidin "qurumu seçin” bölməsində "SABAH” qrupları” seçilməlidir) daxil olaraq elektron ərizə formasını doldura bilərlər.


Elşən N.

AMVPRESS.AZ


Xəbər lenti