Xaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlandı

Xaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlandı
2017-2018-ci tədris ilində 225 Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.

AMVPRESS.AZ-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.


Elşən N.
 
AMVPRESS.AZ

Xəbər lenti