"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" (MÜSAHİBƏ)

18 Yanvar 2021, 17:28
18 Yanvar
2021
17:28
8976
Ramin Hacılı: "QHT nümayəndələri ölkəmizin beynəlxalq siyasətində aparıcı rol almalıdır”
Azərbaycan Avropa Hərəkatının rəhbəri, politoloq Ramin Hacılı Qaynarinfo-nun suallarını cavablandırıb.
- Ramin bəy, Vətən savaşı dövründə Azərbaycan Vətəndaş Cəmiyyətinin fəaliyyətini necə qiymətləndirirsiz?
- Nəinki vətəndaş cəmiyyəti, bütün azərbaycanlılar həmrəylik göstərdi. Ancaq peşəkarlıq baxımından çatışmazlıqlar var. Bunun səbəbi böyük çoxluğa məlumdu. İllərlə ölkədə ciddi QHT adına nə varsa, onu məhv etmək üçün Əli Həsənov əlindən gələni edib. Yalnız öz təşkilatımızı misal gətirməyim bəs edər. Avropa Hərəkatı dünyanın ən ciddi təşkilatlarından biridir. Biz onun Azərbaycan təmsilçiliyini yaratdıq, hətta özünü bu hərəkata dürtüşdürən "Artsax" adlı qondarma təşkilatı da ləğv etdirməyi bacarmışdıq. Əli Həsənov nə etdi? Bizim fəaliyyətimizin qarşısını aldı. Beləliklə, təkcə böyük və dövlətçi komanda fəaliyyətsiz qalmadı, həm də ölkəmiz itirdi.
QHT-lər haqda yaradılan mənfi imici xatırlayın. Qrant zarafatlarını, qrant alıb iş görməyin pis bir şey kimi təqdim edilməsində Əli Həsənovun kurasiyasında olan yerli medianın "fədakar rolunu” xatırlayın. Nə oldu? Beynəlxalq aləmlə əlaqələrimiz kəsildi, dünya təmsilçiliyimiz az qala sıfıra endi və ölkə olaraq çox şey itirdik. Mən istəyirəm Azərbaycan cəmiyyəti Əli Həsənovun ölkəmizə vurduğu zərbənin mahiyyətini dərindən görsün. Bu, korrupsiyadan, talandan çox-çox daha böyük zərbədi. O, ölkəmizin inkişafına tövhə verən qurumları, istedadlı şəxsləri, beyin mərkəzlərini, cəmiyyətin inkişafında katalizator rolunu oynayan aktivistləri, düşünən adamları, proqressiv gəncliyi, media peşəkarlığını, hər ölkə üçün keçilməz olan 4-cü hakimiyyəti – mətbuatı, TV-ni məhv etdi. Bunun ziyanını təsəvvür etməyimizi istəyirəm.
Biz bütün bu sahələri yenidən və dağıntılar arasından yığmalı, düzəltməli olacağıq. QHT-lərin inkişafı istiqamətində dövlət büdcəsindən ayrılan milyonları Ramiz Mehdiyev – Əli Həsənov suyun başını kəsən əjdaha hərisliyi ilə udub. Elə bir sxem qurmuşdular ki, ələbaxan, savadsız, bazar təfəkkürlü adamlar bütün bu sahələrdə artırdı. Nəticədə Vətəndaş Cəmiyyəti konsepsiyası mahiyyətini dəyişdi, alverçilər yığnağı imici qazandı və ölkəmizin ən lazımlı sferası sıradan çıxdı. Lazımlı ona görə deyirəm ki, cəmiyyətin bütün sorunlarına dövlətlə paralel cavabdeh olan tərəf həm də Vətəndaş Cəmiyyətidi. Bura erkən nikahlarla mübarizədən, maarifçilikdən tutmuş Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşama yollarını tapmağa qədər hər şey aiddi.
- İndi Əli Həsənov yoxdu. Necə düşünürsüz, bu istiqamətdə dəyişikliklər var və ya olacaq?
- Dəyişiklik senzuranın qaldırılması ilə başlaya bilər. Müəyyən addımların atıldığını da görmək mümkündü. Yeni agentliyin yaradılması, telekanallarda əvvəlki bayağılığın və məsuliyyətsizliyin azalması, internet TV-lərin fəaliyyətinin nisbətən basqısız olması və s. Xüsusilə İTV-nin fəaliyyətini vurğulamaq istəyirəm. İTV yarandığı gündən indiyə kimi ilk dəfə olaraq təyinatı üzrə fəaliyyət göstərməyə çalışır. Ürkək addımlarla olsa da əvvəlki illərlə müqayisədə media sektorunda dəyişiklik sezilir. Mətbuata təyziqlərin azalması bu sahənin öz-özünə inkişaf etməsinə təkan ola bilər. Senzura olan yerdə inkişafdan danışmaq mümkün deyil. Mən çox ümid edirəm ki, "dəmir yumruq” yalnız düşmən tərəfə yönələcək. Mediaya, Vətəndaş Cəmiyyətinə, ictimai sferaya isə azadlıq veriləcək. Biz əvvəlki illərdə nə qədər KİV nümayəndəsinin xırda bir məsələ üstündə həbs olunduğu görmüşük. Belə hallar jurnalistika sahəsində çalışanları, çalışmaq istəyənləri işdən soyudur, qərəzsiz mediaçıların, müstəqil jurnalistlərin fəaliyyətini əngəlləyir.
- Bəs QHT sahəsində dəyişiklik gözlənilirmi?
- Dəyişiklik olacağı ilə bağlı siqnallar var. Vətən savaşından bir müddət əvvəl Prezidentin göstərişi ilə köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə görüşlər keçirdi. Mən də həmin görüşlərə qatıldım. Hikmət bəy problemləri və təklifləri deməyimizi istəyirdi. Demək olar ki, mövqeyindən asılı olmayaraq tanınan QHT rəhbərlərinin hamısı görüşlərə dəvət almışdı. Anlaşılan o idi ki, dövlət bizdən bu sahədə olan problemləri öyrənmək istəyirdi, çıxış yolları axtarırdı. Doğru inkişaf konsepsiyası məhz bu şəkildə hazırlanır. Biri həkimə gəlib problemlərini deməsə, ona necə diaqnoz qoyular və müalicə necə aparıla bilər? Bu baxımdan seçilən yolu doğru hesab edirəm.
Bizim illərdi istədiyimiz də bu idi. Bir sahənin inkişaf etməsini istəyirsənsə həmin sahənin peşəkarları ilə məsləhətləşmələr aparmaq lazım gəlir. Savaş bitəndən sonra maraqlandım və məlum oldu ki, təkliflərimiz müvafiq nazirliklərlə, komitələrlə, icra strukturları ilə müzakirə olunur. Gəldiyim nəticə o oldu ki, Prezidentin bəyan etdiyi ictimai nəzarətin formalaşdırlıması işində QHT-lərin gücü artırılacaq. Əvvəllər də icra orqanları yanında ictimai şuralar bu funksiyanı həyata keçirirdi. Lakin ciddi nəticə əldə etmək mümkün olmadığından boşluqları aradan qaldırmaq ehtiyacı yarandı. Şəxsən mən bu cəhdlərin quş qoymaq xətrinə olmadığını, dəyişiklik və inkişaf yolunda atıldığını düşünürəm. Düşüncəmi Hikmət bəyin görüşə başlarkən işlətdiyi bir cümləsi möhkəmləndirdi. O təxminən belə dedi, "cənab Prezident tapşırıb ki, QHT sektorunun problemlərini öyrənib mənə məruzə edin və Vətəndaş Cəmiyyəti sahəsini dirçəltmək üçün lazımlı addımları ataq.”
- Sizcə, hansı addımlar atılmalıdır ki, bu sahə dövlətimizə fayda verə bilsin?
- İlk növbədə Azərbaycana xarici donorların cəlb olunması vacibdi. Bunun üçün Xarici fondlar, Beynəlxalq təşkilatlar, QHT-lər, yerli fondlar, İctimai Birliklər, Assosasiyalar haqqında qanunların və mövcud qanunvericiliyin də daxil olduğu sadələşdirilmiş konsepsiyanın qəbul olunması əsas şərtdir. Paralel olaraq Vətəndaş Cəmiyyəti İnstitutları müstəqil mövqeyi olan tərəfə çevrilməlidi. Bu sahəni qazanc yeri kimi yox, ölkəyə xidmət kürsüsü kimi görən peşəkarlar dəstək alarsa, sahə inkişaf yolu tutar. Xüsusilə savaş sonrası dönəmdə peşəkar QHT-çilər ölkəmizin beynəlxalq siyasətində üzərlərinə məsuliyyət götürərək aparıcı rol almalıdılar. Bu, çağdaş dünyanın tələbləri sırasındadır. Mən dövlətimizin müasir çağırışlara cavab verəcək gücə sahib olması üçün tələb olunan addımların atıldığını gördüyüm üçün nikbinəm.
AMVPRESS.AZ
Xəbər lenti
-
23:53"Ən böyük mükafatınız Sizin sağlamlığınızdır" - Təşkilatçı İlmirzə Ağabəyov
-
17:04Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
16:51“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib
-
17:31“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında
-
12:05Daha bir məktəb koronavirusa görə bağlandı
-
12:02Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH
-
17:37"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)
-
15:17"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib
-
12:30"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
14:20Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
14:14Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi
-
14:07İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
14:03Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
14:00Azərbaycanda xarici valyuta alqı-satqısının həcmi açıqlandı - FOTO
-
15:17İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
14:35Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ
-
13:092020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO
-
13:06Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
-
13:05Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən yazdı - FOTO
-
13:03SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq
-
13:01Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
-
12:59Dövlət təşkilatları ötən il büdcədən nə qədər xərcləyib? - RƏSMİ + FOTO
-
10:49“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
10:40Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov
-
15:33"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
14:32Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artıb - FOTO
-
14:30Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
-
14:27Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldı
-
14:26SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA
-
14:22Prezident Belarus səfirini qəbul etdi
-
14:21“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
13:44“Bitcoin” tarixi rekordu yenilədi
-
16:33“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi
-
16:31İlham Əliyev: “Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”
-
16:30İlham Əliyev: “Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm” - VİDEO
-
16:28Akademik Arif Paşayevin doğum günüdür
-
16:27Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO
-
16:24Mikayıl Cabbarov: “Azərbaycan yeni bir strateji dövrə daxil oldu”
-
16:20İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - TAM MƏTN + FOTO
-
16:15“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladının hesabına 5000 AZN vəsait köçürəcək - FOTO
04 Mart 2021
02 Mart 2021
01 Mart 2021
25 Fevral 2021
23 Fevral 2021
22 Fevral 2021
19 Fevral 2021
17 Fevral 2021
16 Fevral 2021
15 Fevral 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı
Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
İctimai, Maraqlı, Foto
"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
İctimai, Maraqlı
Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
İctimai, Maraqlı, Foto
İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
İctimai, Maraqlı
"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
İctimai, Maraqlı, Foto
“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
İctimai, Maraqlı
Akademik Arif Paşayevin doğum günüdür