Yaponiyada robot ilk dəfə olaraq dükanda alış-verişə kömək edəcək

Yaponiyada robot ilk dəfə olaraq dükanda alış-verişə kömək edəcək

Yaponiyanın paytaxtı Tokioda robotun köməyi ilə alış-veriş edən dükan açılıb. Dükanın sahibi "All Nippon Airways” aviaşirkəti bildirir ki, bu dünyada ilk belə təcrübədir.

AMVPRESS.AZ xəbər verir ki, market 5-24 dekabr tarixlərində test rejimində fəaliyyət göstərəcək. Burada işləyən "Təzə mən” (newme) adlı robot-avatar 1,5 metr hündürlükdədir.

Onu xüsusu proqram vasitəsi ilə istənilən elektron qadjetlə idarə etmək mümkündür. İstifadəçi dükanda gəzərək seçim edir və almaq istədiyi malları qeyd edir, robot isə onları kassaya çatdırır.

Yaponiya gələn il keçiriləcək Olimpiya oyunları zamanı minə qədər belə robotdan istifadə etmək niyyətindədir.

AMVPRESS.AZ

 


Xəbər lenti