Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsindən 30 yaşlı gənc xanım namizədi Aytən Hüseynovanı yaxından tanıyın

Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsindən 30 yaşlı gənc xanım namizədi Aytən Hüseynovanı yaxından tanıyın
Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsindən 30 yaşlı gənc xanım namizədi Aytən Hüseynovanı yaxından tanıyın. 
Hüseynova Aytən Arif qızı 5 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. İxtisasca Filoloqdur. 2007- 2011-ci illərdə Bakı Slavyan Universitetində bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsində təhsil alıb. Tələbə olduğu müddətdə "Heydər Əliyev” təqaüdçüsü olmuşdur. 2019-cu ildən etibarən Gəncə Dövlət Universitetinin Doktorantura pilləsində təhsil alır. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ildə "İlin gənci” mükafatı ilə təltif edilib. Qeyd edək ki, Aytən Hüseynova hal-hazırda Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Gənclər Birliyinin Baş ofisində koordinator vəzifəsində çalışır. Ailələdir, 1 övladı var.
AMVPRESS.AZ

Xəbər lenti