Azərbaycanda ilk dəfə əməliyyatsız saç əkimi edən Əmrah Mehdiyev (MÜSAHİBƏ - FOTOLAR)

Azərbaycanda ilk dəfə əməliyyatsız saç əkimi edən Əmrah Mehdiyev (MÜSAHİBƏ - FOTOLAR)

Kosmetoloq, Trixoloq, Lazeroloq Əmrah Mehdiyev: "Həkim seçərkən ilk sualımız "Siz bunları müalicə edir və zəmanət verirsinizmi?" olmalıdır. Əgər sahəsindən, peşəsindən asılı olmayaraq bir insan özünə güvənirsə, bu işdə özünə əmindirsə, təbii ki, o zəmanətin hər biri ilə razılaşacaq.”

Saç tökülməsi hər birimizin yaşadığı problemlərdən biridir. Sağlam saçlar daha gözəl bir görünüşə sahib olmaqda önəmli rola malikdir. Amma istər qidalanmağımızdan, istərsə də stress, əsəb, eyni zamanda yanlış məhsul istifadəsi kimi bir çox səbəblərdən saçlarımız tökülə bilər. Artıq bu sahədə fəaliyyət göstərən bir çox həkimlər, mərkəzlər var. Onlardan biri də Azərbaycanda ilk dəfə əməliyyat olunmadan, heç bir iynə, dərman, kapsul, hansısa kimyəvi tərkibli aparat prosedurlarından istifadə etmədən kök hüceyrələrin yenilənərək, şaxələndirmə üsulu ilə ən keçəl başda, hətta kök olmayan yerdə tükbitirmə ilə müalicəni həyata keçirən "SG Organic Company” şirkətidir.

Şirkətin rəhbəri, Kosmetoloq, Trixoloq, Lazeroloq Əmrah Mehdiyev tərəfindən 2015-ci ildə qurulan "SG Organic Company” şirkəti bu gün də öz sözünü deməyi bacarıb.

Şirkətin fəaliyyət sahəsinin əsasını saç müalicəsi əhatə edir. Buna baxmayaraq, fəaliyyət sahəsində hazırda: tökülmüş saçların bərpası, əməliyyatsız saç əkimi, saç simuliyasiyası, saç lazerterapiyası, saç xəstəliklərinin müalicəsi, cərrahi lazer, fraksional C02 lazer xidməti, 3 ayrı son model brend cihazla kişi və qadıb lazer epilyasiyası, üz dərisinin cavanlaşması, ağarması, sızanaq və aknelərin müalicəsi, bədən və üz nahiyəsində qırışların açılması, tatu və tatuajların silinməsi, karbon pilinq prosedurları və kişi etetikası da var. Şirkətin məqsədi Azərbaycanda ən böyük kişi estetik mərkəzini açmaq və onu tanıtmaqdır.

Kosmetoloq, Trixoloq, Lazeroloq Əmrah Mehdiyev həkimlik sahəsində, bu gün kifayət qədər yəni 100%-lik göstərici üzərində 35% tam net şəkildə tanınır. Bu isə tiktok, instaqram kimi sosial şəbəkələrdə aktivliyindən irəli gəlir. Həm həkim olaraq sosial şəbəkələr üzrə ən böyük izləyici kütləsi, həmçinin saç sahəsi üzrə böyük pasient çoxluğuna sahibdir.

AMVPRESS.AZ "SG Organic Company” şirkətinin rəhbəri, Kosmetoloq, Trixoloq, Lazeroloq Əmrah Mehdiyevin İslahat.az xəbər portalının SEÇİLƏN HƏKİM rubrikasına müsahibəsini təqdim edir:

Şirkət yaratmaq ideyası necə yarandı?

Şirkət yaratmaq ideyası məndə 15 yaşında başlayıb. O dövrdə Azərbaycanda saç sahəsi o qədər də inkişaf etməmişdi.

Çalışdığınız sahələrin keyfiyyətini artırmaq üçün hansı addımlar atılmalıdır?

Bunun üçün biz bir çox addımlar atdıq. İlk olaraq, pasiyentlərə təklif və təqdim etdiyimiz müalicələrimizi sınaqdan keçirtdik. Uğurlu sınaq nəticələrindən keçmiş lasyonlarımızı artıq pasiyentlər üçün əlçatan edərək, həm individual yanaşma əsasında, həm də vitrin məhsullarının satışını həyata keçirtməyə başladıq.

Azərbaycanda hansı yeniliyi etmisiniz? Kök olmayan yerdə hansı üsullarla tüklər yenidən bərpa olunur?

Saç tökülməsi bütün dünyada həm qadın, həm də kişilərin ən böyük qlobal problemlərindən biridir. Bu qlobal problem Azərbaycandan da yan keçmədi. Şirkətimizin əsas özəlliyi əməliyyat etmədən saçın çoxaldılmasıdır. Azərbaycanda da hərkəsdə yaşanan bu problemin şükürlər olsun ki, əsl kökünü taparaq heç bir iynə, dərman, kapsul qəbulu olmadan, mezoterapiya üsullarından, hansısa kimyəvi tərkibli aparat prosedurlarından istifadə etmədən kök hüceyrələr yenilənərək, şaxələndirmə üsulu ilə ən keçəl başda, hətta kök olmayan yerdə tükbitirmə ilə müalicəni həyata keçiririk.

Bəs bunun qalıcılığı nə qədərdir? Digər mərkəzlərdən sizin müalicənizin fərqi nədir? İşlərinizə zəmanət verirsinizmi?

Biz Azərbaycanda yeganə məhdud məsuliyyətli cəmiyyət, şirkət olaraq bu səhədə pasiyentə nəinki dildə zəmanət, hətta yazılı, yetməzsə kontrakt bağlayırıq. Bu kontrakt 10-25 il dəyərinə qədər natorial qaydada təsdiq olunmuş bir kontraktdır. Bizim digər mərkəzlərdən fərqləndirən əsas özəlliyimizin yazılı zəmanətin olmağı, müalicə bitdikdən sonra saçların bir daha tökülməyəcəyinə ömürlük natorial zəmanətin rəsmi halda verilməsidir.

Bu sahədə işləyən bir çox həkimlər var. Düzgün həkim seçərkən nələrə fikir verməliyik?

Həkim seçərkən ilk sualımız "Siz bunları müalicə edir və zəmanət verirsinizmi?" olmalıdır. Əgər sahəsindən, peşəsindən asılı olmayaraq bir insan özünə güvənirsə, bu işdə özünə əmindirsə, təbii ki, o zəmanətin hər biri ilə razılaşacaq.
Günümüzdə estetik əməliyyatlara maraq artıb, bunun səbəbi nədir?

Dünya hər gün daha çox inkişaf etdikdə, texnologiya daha da irəlilədikcə estetik əməliyyatlara maraq artmağa başlayır. Kimisi burun, kimisi saqqal və ya saç əkimlərinə müraciət edir. Bunun artma səbəbləri isə psixologiyadan və inkişafdan asılı olara dəyişir.

Şirkətinizə gün ərzində nə qədər müraciət olur?

Şirkətimizə gün ərzində müxtəlif müraciətlər olur. Amma saçla bağlı daha çox müraciət edilir.

Əkim edib daha sonra sizə müraciət edən olubmu?

Əkim edib daha sonra müraciət edən çoxlu sayıda pasiyent olub. Yəməndən, Ərəbistandan, hətta hazırda Amerikadan onlayn "Skype" vasitəsi ilə müalicə alan pasiyentlərimiz də var. Karqo vasitəsi ilə dərmanları göndərərək onlayn müalicə alırlar. Bunlar o pasiyentlərdir ki, əkim əməliyyatını bir dəfə deyil, hətta dəfələrlə etdirib amma nəticə, effekt görməyiblər. Düzdür, bu pasiyentlərdə effekt alırıq, amma digəriləri ilə nisbətdə çox vaxt sərf etməli oluruq. Çünki əkim əməliyyatları olunmuşlardır.

Kişilər daha çox hansı prosedurlar üçün müraciət edir?

Bizim mərkəzimiz kişi estetik mərkəzidir, saç, saqqal və lazer prosedurları üçün daha çox müraciət edirlər.

Sizcə, Azərbaycanda kişi estetik mərkəzlərinin sayını artırmaq, daha çox tanıtmaq üçün nələr edilməlidir?

Bunun üçün onun bugünkü tələbatını, statistikasını ölçmək lazımdır. Kişilərin saç düzümünə, yəni bərbərə, saqqal, üz və bədən quruluşundakı tüklərin yox olması üçün lazerə, saç tökülməsi, trixologiya və digər problemlər üzrə mərkəzdə yeniliklər edərək daha çox kişi pasiyenti cəlb etmək olar.

Fəaliyyət göstərdiyiniz bu neçə il ərzində daha hansı uğurlara imza atmısınız?

Bir çox böyük işlərə imza atmışıq. Bunlardan ən önəmlisi isə reseptimizin e-mail vasitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatına göndərilməsi oldu. Daha sonra ÜST-dən elektron qaydada, beynəlxalq ingilis dilində yazılı cavab məktubu gəldi. Məktubda "Karqo vasitəsi ilə bizə sınaq nümunələrinizi göndərin", - deyə qeyd olunurdu. Hazırda onlar üzərində işləyirik. Ən böyük uğurumuz da, artıq məhsulumuzun dünya səhiyyəsində, dünya bazarında satışa çıxmağa hazırlaşmasıdır. Azərbaycanda da artıq öz sözümüzü demişik. Yenə qeyd edirəm ki, yalnız natorial qayda da biz işləyirik. Bir çox şirkətlər bizdən sonra yarandı, bizim işimizi oğurlayıb, dərmanlarımızın adından istifadə etdilər. Amma heç birində original, heç birində effekt, natorial qaydada yazılı zəmanət verilmədi. Çünki bunun patenti, məhsulun özü, müalicənin növü illərdir bizə məxsusdur. Bizə məxsus olaraq da davam edəcək.

Gələcək üçün hansı planlarınız var?

Gələcəklə bağlı planlarımız çox böyükdür. Bu yaxınlarda Herbaflora adlı böyük dərman şirkəti ilə müqaviləmiz imzalandı. Müqavilə əsasında oktyabr, noyabr və maksimum dekabr ayına qədər nəinki Bakı şəhərində, Azərbaycanın bütün aptek və estetik mərkəzlərində "SG Organic Company" istehsalı olan qara mum saç və saqqal lasyonlarının satışı həyata keçiriləcək.

İnsanlara istər saç, istərsə də üz dəriləri üçün nə kimi məsləhətlər verə bilərsiniz?

Məsləhətlərimiz çox ola bilər. Başlanğıc nöqtəsi isə insanın özünə baxımlılığından və gigiyenasından əmələ gəlir. Necə deyərlər hər şeyin vaxtında üzərinə düşmək lazımdır ki, səhəri gün peşmançılıq olmasın. Saç vaxtında tökülürsə, bunu keçəlliyə doğru aparıb, daha çox zaman, pul sərf etməkdənsə, üzərinə vaxtında düşüb çox qısa müddətdə daha az xərc tələbində yerinə yetirə bilərlər.

AMVPRESS.AZ

Xəbər lenti