Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı – RƏSMİ

Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı – RƏSMİ

"Hazırda Azərbaycanda ahıl insanların sayı 720 min nəfərdir”.

 

AMVPRESS.AZ xəbər verir ki, bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur: "Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək. Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar”.


Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.

 

AMVPRESS.AZ

Xəbər lenti