"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR

22 Fevral 2021, 12:30
22 Fevral
2021
12:30
8418
19 fevral 2021-ci il tarixində Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi olan "Bakı Dayaq Mərkəzi"nin təntənəli açılış mərasimi keçirilib.
AMVPRESS.AZ xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, müşaviri İsrafil Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Babək Məmmədov, millət vəkili Məşhur Məmmədov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və hərəkatın təşəbbüs qrupunun üzvləri : Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlı da iştirak edib.
Mərasim Bakı Dayaq Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lentin kəsilməsi ilə start götürüb. "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı rəsmilər və qonaqlarla birgə mərkəzdə tanışlıq gəzintisi həyata keçirib, daha sonra Katibliyin heyətini bir-bir təqdim edib, hər biri haqqında məlumat verib və onların qarşısında duran hədəflərdən söhbət açıb.
Mərasim zamanı Məşhur Məmmədov "Davam" Gənclər Hərəkatının fəaliyyətinin genişlənməsinə göstərdiyi xüsusi dəstəyə görə "Davamçı" Milli Mükafatı ilə, Azərbaycan Texniki Universitetinin əlaçı tələbəsi Nihad Kazımzadə "Davam" Gənclər Hərəkatının 1000-ci üzvü olduğu üçün "1000-ci Davamçı" adı ilə, Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü, qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adı qazanan Mahirə Əsədzadə isə hərəkatın 2000-ci üzvü olduğu üçün "2000-ci Davamçı" adı ilə təltif olunub.
Yüksək səviyyəli şəraitə malik olan Bakı Dayaq Mərkəzi tarixi görünüşü, gözəl dizaynı, yerləşməsi, sürətli internet sistemi və müasir standartlara cavab verən otaqları ilə artıq gəncliyin xidmətindədir. Bakı Dayaq Mərkəzinin daxilində Layihələr Mərkəzi, Davamlı İnkişaf Mərkəzi, Koordinasiya Mərkəzi, Davam Kafe, Maliyyə və Fandreyzinq Mərkəzi və sədrin, katibliyin iş otaqları yerləşir.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı Vətən müharibəsi dövründə yaranan bir gənclər hərəkatıdır. Təsis olunduğu andan etibarən davamlı olaraq fəaliyyət göstərərək 2000-dən çox gənci öz ətrafında birləşdirməyi bacaran hərəkat sürətlə böyüyür. Təsis olunduğu ilk həftələrdə həyata keçirdiyi "Qarabağ meşələrini qoruyaq!" adlı kampaniya beynəlxalq ictimaiyyətin nəzərini Ermənistan tərəfindən törədilən ekoloji terrora çəkmək üçün əlverişli bir addım oldu. Hal-hazırda "Davam" Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyədə "BLACKGARDEN" adlı startup geyim markası fəaliyyət göstərir. Bu geyim markasının fərqi və əhəmiyyəti ondan ibarətdir ki, istehsal olunan malların üzərində Azərbaycan həqiqətləri öz əksini tapır.
Bununla yanaşı "Davam" Gənclər Hərəkatı müxtəlif Gənclər Evləri ilə əməkdaşlıq quraraq ölkəmizin yaşıllaşdırılması istiqamətində ağacəkmə aksiyaları, Vətən müharibəsində şəhid və qazi olan gənclərin ailələri ilə görüşlər, maddi yardıma ehtiyacı olan aztəminatlı ailələrlə, eləcə də valideyn nəvazişindən məhrum olan, dövlətin və cəmiyyətin qayğısına ehtiyac duyan uşaqlarla həm maddi, həm də mənəvi cəhətdən dəstək görüşləri keçirib. 2 fevral - Gənclər Günü ilə bağlı "Davam” Gənclər Hərəkatının üzvləri tərəfindən "Twitter” sosial şəbəkəsində #ŞəhidimİZ heşteqi ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimiz haqqında foto və məlumat paylaşılıb. On mindən çox tvit atılan kampaniyanın əsas məqsədi şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaq olub.
"Davam" Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir. "Bakı Dayaq Mərkəzi" bu məqsədlər istiqamətində növbəti əməli addımdır.
AMVPRESS.AZ
Xəbər lenti
-
17:04Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
16:51“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib
-
17:31“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında
-
12:05Daha bir məktəb koronavirusa görə bağlandı
-
12:02Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH
-
17:37"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)
-
15:17"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib
-
12:30"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
14:20Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
14:14Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi
-
14:07İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
14:03Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
14:00Azərbaycanda xarici valyuta alqı-satqısının həcmi açıqlandı - FOTO
-
15:17İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
14:35Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ
-
13:092020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO
-
13:06Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
-
13:05Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən yazdı - FOTO
-
13:03SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq
-
13:01Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
-
12:59Dövlət təşkilatları ötən il büdcədən nə qədər xərcləyib? - RƏSMİ + FOTO
-
10:49“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
10:40Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov
-
15:33"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
14:32Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artıb - FOTO
-
14:30Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
-
14:27Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldı
-
14:26SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA
-
14:22Prezident Belarus səfirini qəbul etdi
-
14:21“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
13:44“Bitcoin” tarixi rekordu yenilədi
-
16:33“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi
-
16:31İlham Əliyev: “Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”
-
16:30İlham Əliyev: “Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm” - VİDEO
-
16:28Akademik Arif Paşayevin doğum günüdür
-
16:27Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO
-
16:24Mikayıl Cabbarov: “Azərbaycan yeni bir strateji dövrə daxil oldu”
-
16:20İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - TAM MƏTN + FOTO
-
16:15“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladının hesabına 5000 AZN vəsait köçürəcək - FOTO
-
16:14Dünya Bankı Azərbaycana 70 milyon dollar ayıra bilər
02 Mart 2021
01 Mart 2021
25 Fevral 2021
23 Fevral 2021
22 Fevral 2021
19 Fevral 2021
17 Fevral 2021
16 Fevral 2021
15 Fevral 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı, Foto
"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
İctimai, Maraqlı, Foto
İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
İctimai, Maraqlı, Foto
“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
İctimai, Maraqlı, Foto
Klinik psixoloq Narınc Rüstəmova: “Valideynlər hər şeydə mükəmməllik axtarırlar” - (MÜSAHİBƏ - FOTOLAR)
-
İctimai, Maraqlı, Foto
“YAŞAT” Fondu üç qazimizi Türkiyəyə yola saldı - FOTO
-
İctimai, Maraqlı, Foto
DSMF-nin direktoruna müşavir TƏYİNATI
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılıb