KSM və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələr genişləndiriləcək

KSM və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələr genişləndiriləcək

"Şəfqət” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyində "İctimai və Sosial Şura” yaradılıb.

AMVPRESS.AZ xəbər verir ki, Şuranın yaradılmasında məqsəd birliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, yerli və beynəlxalq layihələrin icrası, korporativ sosial məsuliyyət (KSM) və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir. İctimai və Sosial Şura birliyin idarəetmə funksiyasını həyata keçirəcəkdir.

İctimai və Sosial Şuranın rəhbəri Elşən Gəncəvi, icraçı direktor Loğman Əlisoydur. İctimai və Sosial Şurada ictimai, sosial, biznes və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər təmsil olunur.

Şura dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərlə əməkdaşlıq edəcəkdir. Həmçinin, ictimai xadimlərin, iş adamlarının, jurnalistlərin və digər statuslu şəxslərin ümumi fəaliyyətə cəlb olunaraq Şura üzvü seçilmələrinə dəstək verəcəkdir.

İctimai və Sosial Şurada aşağıdakı şəxslər təmsil olunur:

Elşən Gəncəvi – İctimai və Sosial Şuranın rəhbəri

Loğman Əlisoy – "Şəfqət” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyinin icraçı direktoru
Fuad Əsgərov – Qan Donorları Assosiasiyasının rəhbəri

Məhsəti Hüseynova – Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi

Könül Aypara (Qocayeva) - "Mediapress.az" xəbər agentliyinin baş redaktoru

Zümrüd Şahova – Aparıcı-jurnalist (İctimai TV)

Pənah Əlisoy – Altis Şirkətlər Qrupunun marketinq direktoru

Rövşən Nəcəfov – "İnsan Mühəndisliyi” proqramının rəhbəri

AMVPRESS.AZ

Xəbər lenti