Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi

Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. 

AMVPRESS.AZ-ın məlumatına görə, sənəd qəbulu bu gün səhər saat 10-da bitib. 19764 nəfər ərizəsini təsdiq edib.

Həmin şəxslərdən 18026 nəfəri Azərbaycan, 1738-i rus bölməsindəndir. 

 

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.

Bu imtahan üçün ikinci şansın iyun ayı ərzində verilməsi planlaşdırılır.

 

AMVPRESS.AZ

Xəbər lenti