Mehriban Əliyevadan Bilik günü təbriki

Mehriban Əliyevadan Bilik günü təbriki
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə "Instagram" hesabında paylaşım edib.

AMVPRESS.AZ xəbər verir ki, paylaşımda deyilir:
"Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!".
 
AMVPRESS.AZ

Xəbər lenti