Prezident Biləsuvarda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün pul ayırdı

Prezident Biləsuvarda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün pul ayırdı
Prezident İlham Əliyev "Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

AMVPRESS.AZ xəbər verir ki, sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 000,0 (dörd yüz əlli beş min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
AMVPRESS.AZ

Xəbər lenti