Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq

19 Fevral 2021, 14:03
19 Fevral
2021
14:03
7387
Qarabağ bölgəsi "Yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.
Heç düşündünüzmü "Vətən sevgisi nədir? Vətəni niyə sevirsən?”- sualının cavabı varmı...
Vətən sevgisi intəhasız, bəhanəsiz, sorğu-sualsız, təmənnasız sevgi deyilmi?! Məhz bu sevginin gücü deyilmi sadə bir vətəndaşı Vətənin qəhrəman oğluna çevirən?! Onun ürəyinə, canına, biləyinə Şuşanın sıldırım qayalarına bir nəfəsdə dırmaşacaq qədər güc verən. Elə bu sevgi deyilmi Vətəni alınmaz qala edən. Bu qalanı ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən, öz qanından torpağa qatan onu " Vətən” edən onun mərd oğullarıdır. Bu sevginin gücü hesabına vətən oğullarının ürəkləri qırx dörd gün ərzində bir döyündü. Onlar öz ömürlərini Vətənə bağışlayan ölməz qəhrəmanlara çevrildilər.
Bu şanlı Vətən müharibəsinin ən böyük qəhrəmanı isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Uzaqgörən siyasəti, yüksək intellekti, zəngin mənəviyyatı ilə qəlblərdə və tarixdə taxt quran, 44 günlük zəfər savaşının yolunu müzəffər edən İlham Əliyev.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı Qarabağın yenidən cənnətə çevrilməsinə yönəlmiş planlardan danışıldı. Cənab prezident xüsusilə bir məqama toxundu - erməni işğalından azad olunmuş ərazilərdə "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk "ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Nədir "yaşıl enerji zonası?”
Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır:
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox keçmiş illərdən bəri faydalanırlar . Taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin böyük potensialı var.
Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.
Bütün bu izahatlardan məlum olduğu kimi "yaşıl enerji” zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 140 meqavat olacaqdır. "Xudafərin” və "Qız qalası” su elektrik stansiyalarından da əlavə 140 meqavat güc alınacaq.
Bunları qeyd etməkdə bir məqsədim var. Görün illərdir biz nələrdən, hansı sərvətlərdən məhrum qalmışıq. Öz cənnətimizdən, öz vətənimizdən, Kəlbəcərimizdən, Laçınımızdan, Zəngilanımızdan, Cəbrayılımızdan məhrum qalmışıq. Bu gün biz, vətən üçün yumruq kimi birləşən xalq bu torpaqlarda yarım qalmış arzuları həyata keçirməkdə dövlətə dəstək olmağa and içmişik.
İllərdir bağrımızı deşən o Vətən həsrətinin önünü heç kim kəsə bilməzdi. Yüzlərlə oğullar Ali Baş Komandanın tək kəlməsi ilə könüllülər sırasına yazıldı və əmrini gözlədi. Mən bu ölkənin vətəndaşı olaraq böyük fəxrlə deyə bilərəm ki, birinci Qarabağ müharibəsi veteranı Kapitan Hacı Əliyevin qızıyam, ikinci Vətən müharibəsi veteranı Ağasəf Abdullayevin həyat yoldaşıyam. Qalib ölkənin qürurlu gənciyəm.
Leyla Sərabi nə gözəl qeyd etmişdi, ən gözəl kişilərin ömründən kəsilib,önümüzə uzanan qələbə yolundan asılır gözlərimiz. Mən bu hissləri ürəyimin hansı siyirməsinə qoyum bilmirəm. Şuşaya qovuşan Prezident kövrəlir, Qarabağa ayaq basan məmur ağlayır, kişi ağlamaz deyən ən kişi adamlar belə hönkürür. Yaşasın hürriyyət !
Rübabə Abdullayeva,

Binəqədi rayonu, 30 nömrəli tam orta məktəbin direktoru
AMVPRESS.AZ
Xəbər lenti
-
17:04Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
16:51“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib
-
17:31“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında
-
12:05Daha bir məktəb koronavirusa görə bağlandı
-
12:02Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH
-
17:37"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)
-
15:17"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib
-
12:30"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
14:20Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
14:14Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi
-
14:07İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
14:03Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
14:00Azərbaycanda xarici valyuta alqı-satqısının həcmi açıqlandı - FOTO
-
15:17İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
14:35Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ
-
13:092020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO
-
13:06Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
-
13:05Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən yazdı - FOTO
-
13:03SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq
-
13:01Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
-
12:59Dövlət təşkilatları ötən il büdcədən nə qədər xərcləyib? - RƏSMİ + FOTO
-
10:49“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
10:40Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov
-
15:33"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
14:32Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artıb - FOTO
-
14:30Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
-
14:27Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldı
-
14:26SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA
-
14:22Prezident Belarus səfirini qəbul etdi
-
14:21“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
13:44“Bitcoin” tarixi rekordu yenilədi
-
16:33“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi
-
16:31İlham Əliyev: “Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”
-
16:30İlham Əliyev: “Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm” - VİDEO
-
16:28Akademik Arif Paşayevin doğum günüdür
-
16:27Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO
-
16:24Mikayıl Cabbarov: “Azərbaycan yeni bir strateji dövrə daxil oldu”
-
16:20İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - TAM MƏTN + FOTO
-
16:15“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladının hesabına 5000 AZN vəsait köçürəcək - FOTO
-
16:14Dünya Bankı Azərbaycana 70 milyon dollar ayıra bilər
02 Mart 2021
01 Mart 2021
25 Fevral 2021
23 Fevral 2021
22 Fevral 2021
19 Fevral 2021
17 Fevral 2021
16 Fevral 2021
15 Fevral 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı
Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
İctimai, Maraqlı, Foto
"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
İctimai, Maraqlı
Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
İctimai, Maraqlı, Foto
İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
İctimai, Maraqlı
"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
İctimai, Maraqlı, Foto
“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
İctimai, Maraqlı
Akademik Arif Paşayevin doğum günüdür