Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?

Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub.
1 aprel tarixindən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edəcək. Bu sonuncu - üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunacaq.
Artıq ölkə ərazisinin böyük hissəsini əhatə etsə də, hələ də icbari tibbi sığorta ilə bağlı əhali üçün qaranlıq məqamlar var.
Tibbi sığorta nədir? Hansı xidmətləri əhatə edəcək? Sığortalı vətəndaşlar dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin xidmətlərindən də istifadə edə biləcəklərmi?
"Qafqazinfo” bu və digər suallara aydınlıq gətirməyə çalışıb.
İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edəcək. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Xidmətlər zərfinə nə daxildir?
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, artıq tibbi sığorta ölkənin böyük hissəsini əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər:
"İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2 550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə Agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.
İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Həmçinin xidmətlər zərfinə 1 100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.
Bir sıra xidmətlər var ki, bunlar İTSDA tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir.
Rayonda yaşayıb Bakıda müayinə olunmaq istəyiriksə...
İTSDA-nın rəsmisi Vüqar Qurbanov bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri - həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.
Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:
"Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.
İcbari tibbi sığortanın tətbiqindən tibb işçiləri nə qazanacaq?
İTSDA dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini öz tabeliyinə alıb və həm tibbi xidmətin təşkili, həm də ödənişlərini həyata keçirən qurumdur. Agentlik rəsmisinin sözlərinə görə, hər tibbi xidmətə görə həkimlər həm əmək haqqı, həm də bonuslar alırlar. Orta və kiçik tibb işçiləri göstərilən tibbi xidmətin qarşılığında yalnız əmək haqqı alacaqlar. Lakin bu əmək haqqı əvvəlki kimi deyil, bura həm də həvəsləndirici ödənişlər daxildir:
"Bu qaydalar artıq tənzimlənib. Ölkənin 23 bölgəsində həkimlərə tibbi xidmətə görə bonuslar verilir. Ötən il 9 ixtisas növü üzrə həvəsləndirici nəzərdə tutulurdusa, bu il bu ixtisasların sayı 16-ya çatdırılıb. Məsələn, hemodializ şöbəsində işləyən həkimlərin əmək haqqına 360 manat həvəsləndirici əlavə olunacaq və bu proses daim yenilənəcək. Tibb müəssisələri nə qədər çox və keyfiyyətli xidmət göstərəcəksə, aldıqları vəsait də çox olacaq. Artıq Azərbaycanda yeni maliyyələşmə metodu ortaya çıxır. Xəstəxanalar onlara ayrılan vəsaiti xərclədikdən sonra yerdə qalan məbləği tibb işçilərinin dəyərləndirilməsi üçün də istifadə edə bilərlər”.
Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?
İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir. Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.
Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.
Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər.
İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?
İcbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.
Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər.
Qeyd edək ki, gələcəkdə icbari tibbi sığorta xarici ölkələrdə də keçərli olacaq. Artıq qarşılıqlı tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır.
AMVPRESS.AZ
Xəbər lenti
-
20:05Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirilib
-
13:38Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA
-
13:32Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA
-
13:30Nazir qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları barədə məlumat verdi - FOTO
-
11:28Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və perspektivlər
-
11:25Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb
-
11:23“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn nümunəsi göndərilib - FOTO
-
11:22Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO
-
11:202020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI
-
18:32İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
12:06Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
12:04Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
11:19Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
11:09"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
10:55“WhatsApp” 30 milyon abunəçisini itirdi
-
10:53Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
10:4320 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər – FOTO/VİDEO
-
10:39Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı
-
16:24Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
16:23Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
16:18İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
16:16İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
16:09Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
15:52Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb
Digər xəbərlər
-
İctimai, Maliyyə, Manşet, Foto
Nazir qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları barədə məlumat verdi - FOTO
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və perspektivlər
-
İctimai, Maliyyə, Rəqəmsal
Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb
-
İctimai, Maliyyə
2020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI
-
İctimai, Maliyyə, Manşet
Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
İctimai, Maliyyə, Maraqlı
Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
İctimai, Maliyyə, Manşet
Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
İctimai, Maliyyə, Manşet
Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
İctimai, Maliyyə, Biznes
Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı